Çağrı Mərkəzi: 960
​05-06 mart 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə "Patent hüququ Müqaviləsi"nə dair seminar keçiriləcək

​05-06 mart 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə "Patent hüququ Müqaviləsi"nə dair seminar keçiriləcək

2019-cu il 5-6 mart tarixilərində Azərbaycan Respublikasının Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun həyata keçirilməsi üzrə Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və ÜƏMT-nin birgə təşkilatçılığı ilə "Patent hüququ Müqaviləsi"nə dair seminar keçiriləcək.

Tədbirdə Əqli Mülkiyyət Agentliyi və aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, mütəxəssislər, beynəlxalq təşkilatların, o cümlədən ÜƏMT və Avrasiya Patent Təşkilatının, eyni zamanda Estoniya Patent İdarəsinin nümayəndələri iştirak edəcəklər. Seminarda “Azərbaycan Respublikasında əqli mülkiyyət sahəsində həyata keçirilən islahatlar və Əqli Mülkiyyət Agentliyinin qarşısında duran vəzifələr”, “Patent qanunvericiliyinin təkmilləşdirilməsi”, “Patent hüququ müqaviləsinin icmalı”, “Patent hüququ müqaviləsi üzrə iddia sənədinin verilməsi tarixinin müəyyən olunmasına dair tələblər”, “Patent hüququ müqaviləsi üzrə standartlaşdırılmış rəsmi tələblər”, “Patent hüququ müqaviləsinin Patent idarəsində prosedurları sadələşdirən müddəaları”, “Patent hüququ müqaviləsi üzrə iddia sənədinin elektron qaydada verilməsinin prinsipləri” və sair mövzularda məruzələr ediləcək, mövzu ətrafında müzakirələr keçiriləcək.

Tədbir sosial şəbəkələr (Facebook və Instagram) vasitəsilə canlı yayımlanacaq. Məruzələr üzrə suallar onlayn rejimdə sosial şəbəkələr vasitəsilə ünvanlana bilər.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×