Çağrı Mərkəzi: 960
23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilmişdir. Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir. 23 Aprel - Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür.

UNESCO kitabları və müəlliflik hüququnu təbliğ etməklə yaradıcılığın, mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabərhüquqlu əlçatımlığın tərəfdarı kimi çıxış edir, kitab işinin və qiraətin təşviqinə kömək edir.

Ənənəvi olaraq, hər il UNESCO bu gün münasibətilə geniş ictimaiyyətə müraciət eidr. Bu ilki müraciət kitablara həsr olunub.

UNESCO-nun yaydığı məlumatda aşağıdakılar qeyd olunub:

Oxuyun... Özünüzü heç vaxt tənha hiss etməyəcəksiniz

Nə üçün oxumaq indiki zamanda həmişəkindən daha vacibdir?

Dünyanın əksər məktəblərinin bağlandığı və insanların bayırda keçirdikləri vaxtları məhdudlaşdırmaq məcburiyyətində qaldıqları bir dövrdə, eyni zamanda zehnimizi və yaradıcılığımızı stimullaşdırarkən. kitabların gücü həmişəkindən daha çox təcridlə mübarizə, insanlar arasındakı əlaqələri gücləndirmək, görüş dairəsini genişləndirmək üçün istifadə olunmalıdır.

Aprel ayı və bütün il boyu təkbaşına və ya uşaqlarınızla birlikdə oxumağa vaxt ayırmaq vacibdir.Kitab oxumağın vacibliyini qeyd etmək, uşaqların oxucu kimi böyüməsinə şərait yaratmaq və ömür boyu ədəbiyyata sevgi və iş dünyasına inteqrasiyanı təşviq etmək vaxtıdır.

Oxumaqla və 23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününü qeyd etməklə, məsafəyə baxmadan başqalarına açıq ola bilərik və təxəyyül sayəsində səyahətə çıxa bilərik.

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə hazırlaşarkən, UNESCO özünüzə çağırış etməyi, yeni mövzular, formatlar və ya qeyri-adi janrları araşdırmağı təşviq edir. Məqsədimiz insanları oxumağa cəlb etmək və bundan həzz almaqdır! İndi fürsət budur: Bu il Ümumdünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə, UNESCO “bookface challenge” yaratdı.

Kitabın üzlüyü inanılmaz dərəcədə vacibdir və bizim kitab almaq qərarımızda mühüm rol oynayır. Biz hamımız kitabın üz qabığına son dərəcə tənqidi yanaşırıq. Pandemiya həmçinin kitabların və oxumağın rahatlıq üçün vacibliyini və reallıqdan qaçış yolu olduğunu bizə xatırlatdı, bizim hamımızın buna keçən il ehtiyacı var idi. Biz həmişə sərlövhənin yaxşı təqdim olunmasından məmnun oluruq, belə ki, yaxşı bir kitab üzlüyüsərlövhə haqqında yaxşı fikri yarada və ya poza bilər.

Belə bir şəraitdə biz tələbələri, müəllimləri, dünyanın müxtəlif yerlərindən olan oxucuları, eləcə də kitab sənayesi nümayəndələrini və kitabxana xidmətlərini bu çağırışa qatılaraq oxumağa olan sevgilərini ifadə etməyə dəvət edirik.”

Azərbaycanda bu əlamətdar tarix 1997-ci ildən başlayaraq həl il qeyd edilir.

Bu il aprelin 26-da Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi bu günə həsr olunan “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında” mövzusunda vebinar keçiriləcək.

Tədbirin aktuallığını diqtə edən amil əsrlər boyu davam edən, ildən-ilə artan və yeni dövrün elmi-texniki nailiyyətlərindən istifadə etməklə hazırkı günümüzdə daha geniş vüsət alan, qonşu xalqların, ilk növbədə Azərbaycan xalqının torpağına, mədəni irsi və tarixinə yönlənmiş təcavüzkar erməni saxtakarlığı fenomeninin və erməni mifologiyasının ifşa edilməsidir.

Vebinarda ölkəmizin dövlət orqanlarının rəsmiləri, millət vəkilləri, elm və təhsil müəssisələrinin əməkdaşları və digər şəxslərin onlayn rejimdə qoşularaq iştirak edəcəyi nəzərdə tutulur.


Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×