Çağrı Mərkəzi: 960
Əqli Mülkiyət Agentliyində Xocalı soyqırımının qurbanları anılıb

Əqli Mülkiyət Agentliyində Xocalı soyqırımının qurbanları anılıb

Fevralın 26-da Azərbaycan Respublikası Əqli Mülkiyət Agentliyində Xocalı soyqrımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Toplantını giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin Aparatının rəhbəri Natiq İsayev xalqımıza qarşı ermənilər tərəfindən törədilmiş ən qanlı cinayətlərdən biri olan Xocalı faciəsinin qurbanlarının xalqımız tərəfindən heç vaxt unudulmayacağını, daim ehtiramla yad olunacağını bildirib. O, Xocalıda törədilmiş vandalizm aktının unudulmaması üçün hər il xüsusi anım tədbirlərinin keçirilməsi və bu kütləvi qırğının soyqırım kimi tanıdılması istiqamətində vacib addımların atıldığını diqqətə çatdırıb, bu istiqamətdə dövlət qurumları tərəfindən aparılan genişmiqyaslı işlərlə yanaşı, erməni vəhşilikləri haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Xocalı qətliamının soyqırımı kimi tanıdılması istiqamətində qeyri-hökumət təşkilatlarının daha aktiv fəaliyyət göstərməsinin, ümumiyyətlə geniş ictimaiyyətin bu işlərə cəlb olunmasının vacib olduğunu vurğulayıb.

Xocalı soyqrımına həsr olunmuş tədbirlər eyni zamanda Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində və Respublika Elmi-Texniki Kitabxanasında da keçirilib.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini işğal edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib. Xocalı soyqırımı zamanı şəhərin 6 minə yaxın nəfər əhalisi deportasiya olunub, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə hər iki valideynini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə qətlə yetirilib.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×