Qaynar xətt: 960
​Əqli Mülkiyyət Agentliyi ölkəmizdə koronavirus infeksiyası ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi kampaniyasına qoşulub

​Əqli Mülkiyyət Agentliyi ölkəmizdə koronavirus infeksiyası ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi kampaniyasına qoşulub

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi kampaniyasına qoşulub.

Agentliyin İdarə Heyətinin qərarı ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna Agentliyin əldə etdiyi gəlirdən 100 min manat məbləğində vəsait köçürülmüşdür.

Bundan əlavə olaraq, bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə Agentliyin İdarə Heyətinin sədri aylıq vəzifə maaşını, Agentliyin rəhbər şəxsləri isə əmək haqlarının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

startup51startup1TvinninqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×