Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyi ölkəmizin innovativ inkişafına dəstək verir

Əqli Mülkiyyət Agentliyi ölkəmizin innovativ inkişafına dəstək verir

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Boston Consulting Group şirkətinin direktoru cənab Eduard Çerkini qəbul edib.

Qonağı salamlayan K.İmanov Agentliyin ölkəmizdə aparılan islahatların yeni mərhələsində dövlət başçısının həyata keçirdiyi siyasətə dəstək verdiyini, Azərbaycandakı institusional islahatlar nəticəsində bütövlükdə əqli mülkiyyət sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimlənməni və nəzarəti həyata keçirən, işçiləri dövlət qulluqçularına bərabər tutulan ixtisaslaşmış dövlət qurumunun fəaliyyətə başladığını bildirib.

Görüş üçün təşəkkür edən E.Çerkin Agentliyin innovativ inkişaf sahəsində məqsədləri, ölkəmizin əqli mülkiyyət hüquqları sahəsində qanunvericilik bazası, Azərbaycanın dünya miqyasında innovasiya üzrə daha çox hansı sahələrdə ixtisaslaşması barəsində maraqlanıb.

K.İmanov Agentliyin qarşısında duran vəzifələrin dövlət başçısının innovasiyalı inkişafla bağlı yürütdüyü iqtisadi islahatlar siyasəti ilə müəyyən edildiyini və innovativ inkişaf siyasətinin seçilməsinin bilavasitə əqli mülkiyyət hüquqlarının qorunması ilə əlaqəli olduğunu diqqətə çatdırıb. O, Dünya Bankının “Doing Business-2020” hesabatında Azərbaycanın ən islahatçı 20 ölkə sırasında yer aldığını qeyd edərək Agentlik tərəfindən yeni startapların yaranmasının təşviq edilməsi üçün müxtəlif tədbirlərin həyata keçirildiyini, eyni zamanda Microsoft, Trimble Tekla, Oracle kimi iri şirkətlərlə əməkdaşlıq edildiyini bildirib.

K.İmanov ölkəmizin əqli mülkiyyət sahəsində qanunvericiliyi haqqında ətraflı məlumat verərək Agentlik tərəfindən ölkəmizdə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, əqli mülkiyyət hüquqlarının qorunması və idarəolunması istiqamətlərində müntəzəm tədbirlər diqqətə çatdırıb.

Azərbaycanda xüsusilə neft, kimya sahələrində ixtiraların daha çox olduğunu vurğulayan K.İmanov Agentllik tərəfindən universitet və elmi-tədqiqat müəssisələrinə əqli mülkiyyət siyasəti sahəsində dəstək verildiyi, tezliklə Agentliyin tabeliyində Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin yaradılacağını bildirib.

Səmimi şəraitdə keçirilən görüşdə innovasiyaların yaradılması, tətbiqi və onların gəlir gətirməsi ilə baqlı Agentlik tərəfindən aparılmış tədqiqatın nəticələri barəsində ətraflı məlumat verilib, Agentliyin əqli mülkiyyətin kommersiyalaşdırılması və innovasiyalara dəstək sahəsində nəşr etdirdiyi kitablar və maarifləndirmə materialları qonağa təqdim edilib.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×