Çağrı Mərkəzi: 960
​Əqli Mülkiyyət Agentliyinin əməkdaşları beynəlxalq distant təlimlərdə iştirak edib

​Əqli Mülkiyyət Agentliyinin əməkdaşları beynəlxalq distant təlimlərdə iştirak edib

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsi nəzərə alınaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edilərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasında xüsusi karantin rejimi davam edir.

Karantin rejimi dövründə bir çox dövlət qurumları kimi, Əqli Mülkiyyət Agentliyi fəaliyyətini onlayn rejimdə davam edir. O cümlədən, əqli mülkiyyət hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edən müəlliflik hüququ obyektlərinin qeydiyyatı ilə bağlı ərizələrin qəbulu elektron hökumət portalı, sənaye mülkiyyəti obyektləri barədə iddia sənədlərinin qəbulu isə elektron poçt vasitəsilə həyata keçirilir.

Agentliyin əməkdaşları beynəlxalq təşkilatlarla qarşılıqlı fayda daşıyan əlaqələrini, öz peşə səviyyələrinin onların təqdim etdiyi imkanlardan istifadə etməklə təkmilləşdirilməsini də daima diqqət altında saxlayırlar. Bu yaxınlarda Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) keçirdiyi distant təlim kurslarına qatılan və bu kursları müvəffəqiyyətlə başa vuran Agentliyin bir neçə əməkdaşı ÜƏMT-nın sertifikatlarına layiq görülmüşdür.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×