Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin əməkdaşları video-konfrans formatında keçirilən “Aİ-Azərbaycan Biznes Forumu 2020-2022”də iştirak edib

Əqli Mülkiyyət Agentliyinin əməkdaşları video-konfrans formatında keçirilən “Aİ-Azərbaycan Biznes Forumu 2020-2022”də iştirak edib

2020-ci il sentyabrın 18-də video-konfrans formatında “Aİ-Azərbaycan Biznes Forumu 2020-2022” keçirilib.

Tədbirin giriş hissəsində Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas, İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari, Fransanın Azərbaycandakı səfiri Zacharie Gross və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev açılış nitqi söyləyiblər.

Daha sonra “Aİ-Azərbaycan Biznes Forumu” layihəsinin rəhbəri Bogdana Efe, həmin layihənin eksperti Cavid Mustafayev, İtaliya-Azərbaycan Ticarət Palatasının (ITAZERCOM) prezidenti Manuela Traldi və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (CCIAF) icraçı direktoru Zibər Hüseynova çıxış ediblər.

Natiqlər COVİD-19 pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirlərindən, eyni zamanda Azərbaycan hökumətinin vətəndaşlara və sahibkarlara göstərdiyi yardımlardan danışıblar.

Onlayn biznes forumda Azərbaycan Respublikası və Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri, yeni tərəfdaşlıq sazişinin yekunlaşdırılması üçün görülən işlər, 2020-ci il üçün Aİ-nın Azərbaycanda işgüzar mühit üzrə hesabatı, “Aİ-Azərbaycan Biznes Forumu” layihəsinin həyata keçirilməsi, o cümlədən layihənin hazırlanmasında ITAZERCOM və CCIAF-ın rolu haqqında məlumat verilib.

Tədbirdə Əqli Mülkiyyət Agentliyinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Gəray Dadaşov və həmin şöbənin müdir müavini Elnur Məmmədli iştirak ediblər.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×