Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin nümayəndə heyəti Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzv dövlətlərinin Assambleyalarının 59-cu sessiyasında iştirak edəcək

Əqli Mülkiyyət Agentliyinin nümayəndə heyəti  Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzv dövlətlərinin  Assambleyalarının 59-cu sessiyasında iştirak edəcək

2019-cu il 30 sentyabr – 9 oktyabr tarixlərində Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının 59-cu sessiyası keçiriləcək. Beynəlxalq tədbirdə ölkəmizi Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Builki sessiyanın gündəliyinə bir sıra beynəlxalq əhəmiyyətli məsələlər, ÜƏMT komitələrinin, o cümlədən ÜƏMT-nin rəhbər orqanları olan Əlaqələndirmə Komitəsinin və Proqram və Büdcə Komitəsinin hesabatları, həmçinin həmin komitələrin növbəti iki il müddətinə(oktyabr 2019 - oktyabr 2021) yeni üzvlərinin təsdiq edilməsi və digər məsələlər daxil edilmişdir.

Səfər çərçivəsində ölkəmizin nümayəndə heyətinin ÜƏMT-nin Baş direktoru Frensis Qarri ilə görüşü, eləcə də Azərbaycan nümayəndəsinin Baş Assambleyanın sessiyasında çıxışı nəzərdə tutulur.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×