Çağrı Mərkəzi: 960
​Azərbaycan və Qazaxıstan mütəxəssislərinin birgə treninqi keçirilmişdir

​Azərbaycan və Qazaxıstan mütəxəssislərinin birgə treninqi keçirilmişdir

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 16-cı iclasının Protokolunun icrası ilə əlaqədar Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi ilə Qazaxıstan Ədliyyə Nazirliyinin “Əqli mülkiyyət Milli İnstitutu”nun (KAZPATENT) birgə təşkilatçılığı ilə əqli mülkiyyət obyektlərinin hüquqi qorunması məsələlərinə dair onlayn treninq keçirilmişdir.

Əqli mülkiyyət sahəsində ikitərəfli münasibətlərin praktiki əməkdaşlıq müstəvisinə keçirilməsi məqsədi daşıyan ardıcıl təşkil olunacaq bir neçə eynimövzulu analoji tədbirlərdə əqli mülkiyyət obyektlərinin – müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin, ixtira, sənaye nümunələri, faydalı modellər, əmtəə nişanları, coğrafi göstəricilər və seleksiya nailiyyətlərinin - hüquqi qorunmasına dair tərəflərin təcrübəsi ilə bölüşmək və müqayisəli təhlillər nəticəsində müasir çağırışlara birgə səylərlə adekvat cavabların formalaşdırılması yollarının müəyyən edilməsi nəzərdə tutulur.

Razılaşdırılmış proqrama uyğun olaraq, hazırki tədbirdə Qazaxıstan tərəfisənaye mülkiyyəti obyektlərinin hüquqi qorunması sahəsində təcrübəsi ilə əlaqədar üç məruzəçinin prezentasiyasını təqdim etmişdir. Məruzəçilər Qazaxıstanın sahə üzrə mövcud qanunvericiliyi barədə müfəssəl məlumat vermiş, sahədə baş verən yeniliklərlə əlaqədar normativ-hüquqi tənzimlənmənin təkmilləşdirilməsi məqsədi ilə hazırlanan yeni layihələrin mahiyyətini izah etmiş, fəaliyyətlərinin perspektiv planlarını açıqlamışlar.

Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanları Ekspertizası Mərkəzinin əməkdaşları təqdim edilən materiallarla bağlı bəzi dəqiqləşdirmələrin verilməsini xahiş etmiş, həmçinin öz təcrübələrindən çıxış edərək Qazaxıstanlı həmkarlarına suallar ünvanlamış, verilən cavablarla əlaqədar fəal fikir mübadiləsi aparmışlar.

Yekunda tərəflər tədbirin əqli mülkiyyət sahəsində ikitərəfli əməkdaşlığın inkişafı üçün səmərəsini vurğulamış, növbəti tədbirin Azərbaycan tərəfinin müvafiq mövzularla bağlıtəqdimatları ilə davam etdirilməsi barədə razılığa gəlmişlər.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×