Qaynar xətt: 960
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Instagram" səhifəsində Vətən müharibəsi döyüşlərində həlak olmuş şəhidlərin xatirəsini yad edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Instagram" səhifəsində  Vətən müharibəsi döyüşlərində həlak olmuş şəhidlərin xatirəsini yad edib

Əziz qardaşlar və bacılar!

Bu gün biz Vətən müharibəsi döyüşlərində həlak olmuş şəhidlərin xatirəsini yad edirik.

Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib.


Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir.

Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu!

Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq.
Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa, onların ailələrinə və yaxınlarına güc və səbir versin! Uca Tanrı Azərbaycanı və Azərbaycan xalqını qorusun!



Дорогие братья и сестры!

Сегодня мы чтим память шехидов, павших в сражениях Отечественной войны.

Славные сыны азербайджанского народа отдали свои жизни во имя Победы, ради будущего Азербайджана.

Каждый из них – настоящий герой, пример доблести и бесстрашия, достойный подражания.

Сегодня я скорблю вместе с семьями наших шехидов и склоняю голову перед родителями, воспитавшими сыновей, готовых отдать жизнь во имя Родины. Кровь наших шехидов не была пролита напрасно – мы восстановили историческую справедливость, одержали священную Победу. Победу, которая навеки вписана в нашу историю!

Долг каждого из нас – помнить, какой ценой досталась эта Победа! Мы никогда не забудем шехидов Отечественной войны. Они навсегда останутся в наших сердцах.
Да упокоит Аллах души наших шехидов и дарует скорейшее исцеление раненым. Сил и терпения их семьям и близким. Пусть Всевышний бережет Азербайджан и азербайджанский народ!


#QarabağAzərbaycandır
#КарабахЭтоАзербайджан
#KarabakhisAzerbaijan

Sənədlərin ONLAYN qəbulu PƏNAHstartup51startup1TvinninqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×