Çağrı Mərkəzi: 960
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi aşağıdakı vəzifələrin tutulması üçün daxili müsahibə elan edir:

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi aşağıdakı vəzifələrin tutulması üçün daxili müsahibə elan edir:
  • Aparat rəhbərinin müavini;
  • Müşavir;
  • Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsi, şöbə müdirinin müavini;
  • Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsi, Qeydiyyat və reyestr sektoru, sektor müdiri;
  • Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsi, Hüquq ekspertizası sektoru, baş məsləhətçi;
  • Sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsi, şöbə müdiri;
  • Sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsi, Qeydiyyat sektoru, sektor müdiri;
  • Sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsi, Reyestr sektoru, sektor müdiri;
  • Əqli mülkiyyətin təhlili və siyasəti şöbəsi, şöbə müdiri;
  • Hüquq, apellyasiya və daxili nəzarət şöbəsi, şöbə müdiri-baş hüquqşünas;
  • Hüquq, apellyasiya və daxili nəzarət şöbəsi, Apellyasiya sektoru, baş məsləhətçi;
  • İnformasiya texnologiyaları və dərc şöbəsi, şöbə müdiri;
  • İnformasiya texnologiyaları və dərc şöbəsi, İnformasiya texnologiyaları sektoru, sektor müdiri;
  • Beynəlxalq əlaqələr və informasiya şöbəsi, şöbə müdirinin müavini-mətbuat katibi;
  • Beynəlxalq əlaqələr və informasiya şöbəsi, İnformasiya sektoru, sektor müdiri.

Müsahibədə inzibati vəzifədə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

-ərizə;

- şəxsiyyət vəsiqəsinin surəti;

-əmək kitabçasının surəti;

- ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında diplomun surəti ilə birlikdə)

- kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir);

- bir ədəd ağ rəngli fotoşəkil (4x6);

- son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış.

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 18 dekabr 2018-ci il tarixindən 03 yanvar 2018-ci il tarixinədək, saat 1800-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 0900-dan 1300-dək və 1400-dan 1800-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Ümumi və kadrlar şöbəsinə müraciət edilə bilər.

Telefon: (012) 4933944 (daxili 117, 110)

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×