Çağrı Mərkəzi: 960
Erməni vandalizminin qurbanı Ağoğlan monastırı

Erməni vandalizminin qurbanı Ağoğlan monastırı

Erməni vandalizminin qurbanı olan abidələrimizdən biri Laçın rayonunu ərazisində yerləşən Ağoğlan monastırıdır. Bu tarixi abidənin əsası V-VI əsrlərdə qoyulmuş, abidə müxtəlif vaxtlarda uçqun və dağıntılara məruz qaldığından IX əsrdə yenidən inşa edilmişdir. Monastır təmir edilərkən özünün ilk bünövrələri olduğu kimi saxlanılmış, köhnə divarlar üzərində yeni divarlar tikilmişdir. Bərpadan sonra Ağoğlan monastırı Azərbaycan tarixinin alban dövrü memarlığının ən möhtəşəm abidələrindən birinə çevrilmişdir.

Ermənistan tərəfindən Azərbaycan əraziləri işğal olunduqdan sonra qeyri-qanuni olaraq Ağoğlan monastırının memarlıq quruluşunda və interyerində dəyişikliklər edilmişdir. Abidənin mühafizə divarı dağıdılaraq ikinci giriş qapısı açılmışdır. Belə ki, monastırın memarlıq quruluşunda dəyişiklik edilərək sağ divarı dağıdılmış və oraya qapı yerləşdirilmişdir. 2005-ci ildə monastırın sağ divarının bir neçə metrliyində 6 qəbir daşı qoyulmuşdur. Abidənin daxili və xarici divarları üzərində olan, 26 alban simvolu və divar yazıları dəyişdirilərək orijinal bədii nümunələr tamamilə silinmişdir. Kompleksin girişində bazalt daşdan hazırlanan 2,5 metr hündürlüyündə bir neçə xaç quraşdırılmışdir.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×