Çağrı Mərkəzi: 960
Erməni vandalizminin qurbanı Aşağı Gövhər ağa məscidi

Erməni vandalizminin qurbanı Aşağı Gövhər ağa məscidi

Şuşa şəhərinin tarixi-mədəniyyət abidələrindən biri Aşağı Gövhər ağa məscididir. 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğal edilməsi ilə şəhərin bütün memarlıq abidələri kimi Aşağı Gövhər ağa məscidi də erməni vandalizminin qurbanına çevrilmiş, 28 il müddətində xeyli dağıntılara məruz qalmışdır.

Şuşada iki Cümə məscidindən biri olan Aşağı Gövhər ağa məscidi şəhərin 1855-ci ilə aid baş planında qeyd olunmuşdur. Məsciddə ilk yenidənqurma–təmir işləri 1874-1875-ci illərdə aparılmışdır. Yeni formatda məscidin inşası memar Kərbəlayı Şəfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi vəsaiti əsasında həyata keçirildiyinə görə tikiliyə onun adı verilmişdir.

İkiyaruslu məscidin şimal fasadında üçtağlı eyvan yerləşir. Onun orta tağı yarımdairəvi yan tağlarından fərqli olaraq oxvarıdır ki, bu da tikiliyə xüsusi gözəllik verir. Yan tağlar üzərində əsas fasad boyunca yüksələn həmin tağ məscidin ön girişinə işarədir.

Şuşanın işğalından sonra məscidin interyeri erməni vandalizmi nəticəsində tamamilə dağıdılmışdır. Aşağı Gövhər ağa məscidinin ibadət zalı çatmatağ və beş günbəzlə örtülüb. Məscidin ikinci mərtəbəsində yan hissələrdə qadınlar üçün nəzərdə tutulmuş eyvanlar uzanır.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×