Çağrı Mərkəzi: 960
Erməni vandalizminin qurbanı Gəncəsər monastırı

Erməni vandalizminin qurbanı Gəncəsər monastırı

Kəlbəcər rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastırının əsas tikililəri XIII əsrdə inşa edilmişdir. Monastırın yerləşdiyi Xaçınçay sahilindəki təpə hələ xristianlıqdan öncə müqəddəs yer sayılırdı. Gəncəsər monastırı Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olmuşdur.

Gəncəsər monastır kompleksi kilsə, xüsusi giriş salonu və yardımçı tikililərdən ibarətdir. Monastır cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunub. Şimal və cənub divarlarına hücrələr və yardımçı binaların otaqları birləşir. Kompleksin cənub qapısına yaxın olan kilsənin əsası 1216-1238-ci illər arasında Alban knyazı Həsən Cəlal tərəfindən qoyulmuşdur.

2012-ci ildə ermənilər bu tarix-memarlıq abidəsinin divarlarının üzərini mərmər daşlarla bağlamağa başlamışdılar. Monastırın həyətində aparılan tikinti işləri tarixi abidənin əzəli görkəminə zərər vurmuşdur.


Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×