Çağrı Mərkəzi: 960
​Fiziki və hüquqi şəxslərin nəzərinə:

​Fiziki və hüquqi şəxslərin nəzərinə:

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Yaranmış vəziyyətlə əlaqədar olaraq, Əqli Mülkiyyət Agentliyi müəlliflik hüququ obyektlərinin qeydiyyatı ilə bağlı ərizələrin qəbulunu yalnız elektron hökumət (E-gov) portalı, sənaye mülkiyyəti obyektləri barədə iddia sənədlərinin qəbulunu isə elektron poçt (office@copat.gov.az) vasitəsilə həyata keçirir və bilidirir ki, sənədlərin elektron poçt vasitəsilə qəbulu ölkəmizdə həyata keçirlən izolyasiya tədbirlərinə öz töhfəsini verəcəkdir.

Eyni zamanda sənaye mülkiyyəti obyektlərində ilkinlik tarixinin əsas olduğunu nəzərə alaraq, qeyd etmək istəyirik ki, iddia sənədinin elektron poçta daxil olduğu tarix ilkinlik tarixi kimi nəzərə alınacaqdır.

Hazırda koronavirus infeksiyası (COVİD-19) ilə bağlı yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən həyata keçirilən tədbirlər deyil, həm də vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyi vacibdir.

Yaranmış vəziyyəti nəzərə almağınızı xahiş edirik

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×