Çağrı Mərkəzi: 960
Moskva şəhərində əqli mülkiyyətin tədrisi məsələləri müzakirə olunub

Moskva şəhərində əqli mülkiyyətin tədrisi məsələləri müzakirə olunub

16 noyabr 2018-ci il tarixində Moskva şəhərində Ümumdanya Əqli Mülkiyyət Təşkilatı, Rusiya Federasiyasının Əqli Mülkiyyət Federal Xidməti (Rospatent) və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyası tərəfindən “Əqli mülkiyyətin tədris olunması” mövzusunda elmi-praktik subregional seminar keçirilib.

Ondan çox ölkənin əqli mülkiyyət qurumlarının əməkdaşları, patent müvəkkilləri, texniki və humanitar ali məktəblərin müəllim və tələbələrinin qatıldığı tədbirdə əqli mülkiyyətin təhsil müəssisələrində tədrisinin bütün aspektlərinnin aktual məsələlərinə toxunulub. Seminarda Əqli Mülkiyyət Agentliyinin əməkdaşı Günel Vəliyeva da iştirak edib.

Tədbirdə keçid iqtisadiyyatı ölkələrində əqli mülkiyyət sahəsində mütəxəssislərin hazırlığı üzrə milli sistemlərin metodikası, müasir dövrdə əqli mülkiyyətin tədrisinin xüsusiyyətləri və tələbatları, texnologiyaların transferi ilə bağlı məsələlərin öyrənilməsi, gənclər arasında əqli mülkiyyətin geniş yayılmasının əsas istiqamətləri və s. məsələlər haqqında məruzələr dinlənilib. Seminarın sonunda əqli mülkiyyətin tədrisi ilə bağlı region ölkələrinin təcrübələri, bu sahədə problemlər dəyirmi masa ətrafında müzakirə edilib.

Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi öz məruzəsində ölkəmizdə ali təhsilin bakalavr və magistr səviyyələrində əqli mülkiyyətin tədris olunması məsələlərinə toxunub, Agentliyin Təhsil Nazirliyi və Ümümdünya Əqli Mülkiyyət Təşkilatı ilə birgə həyata keçirdiyi “Universitet və elmi tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üzrə Milli Layihə” çərçivəsində görülən işlər, o cümlədən əqli mülkiyyətin kommresiyalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə seminar iştirakçılarına məlumat verib.

23.11.2018


Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×