Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyi “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyini yenidən akkreditasiyadan keçirib

Əqli Mülkiyyət Agentliyi “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyini yenidən akkreditasiyadan keçirib

Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edən ictimai biliklər “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”na əsasən Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan (akkreditasiyadan) keçməlidirlər.

Qanunvericiliyə uyğun olaraq, “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi akkreditasiyadan keçmək ilə əlaqədar Əqli Mülkiyyət Agentliyi müraciət etmişdir. Müraciətlə əlaqədar Gildiya tərəfindən təqdim olunan sənədlər və məlumatlar müəllif-hüquq qanunvericiliyinə uyğun şəkildə təhlil edilmişdir. Təhlil zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqlarişçi qaydada Gildiya rəhbərliyi tərəfindən aradan qaldırılmışdır.

Dekabrın 7-də Əqli Mülkiyyət Agentliyinin Akkreditasiya Komissiyasının iclası keçirilib. Əqli Mülkiyyət Agentliyinin Aparatının rəhbəri Natiq İsayev Gildiyanın audiovizual sahədə müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyi üzrə ölkəmizdə yaradılmış ilk təşkilat olduğunu, audiovuzual əsər müəlliflərinin hüquqlarının idarəçiliyində xeyli təcrübə qazandığını və hal-hazırda öz Nizamnaməsindən irəli gələn vəzifə və funksiyalarını müsbət həyata keçirdiyini bildirib. O, Agentliyin rəhbərliyinin Gildiyanın qarşılarşdığı çətinliklər, xüsusilədə istifadəçilər ilə mübahisələrin həllində hüquqi yardımın göstərilməsində hazıq olduğunu qeyd edib.

“Azərbaycan Professional Kinorejissorlar Gildiyası”nın Bürosunun sədri kinorejissor Hüseyn Mehdiyev 1999-cu ildə yaradılan təşkilatın əsas məqsədinin müəlliflərin hüquqlarının qorunması və idarəolunması nəzərə çatdıraraq təçkilatın fəaliyyətinin yekunları haqqında məlumat verib. O, Gildiyanın Agentlik ilə daim əməkdaşlıq etdiyini və mütəmadi olaraq dəstək aldığını vurğulayıb.

Komissiya üzvləri müraciətlə bağlı öz fikir və təkliflərinin bildiriblər. Toplantının yekununda Əqli Mülkiyyət Agentliyinin Akkreditasiya Komissiyasının üzvlərinin yekdil rəyinə əsasən, “Azərbaycan Professional Kinorejissorlar Gildiyası”nın yenidən akkreditasiyadan keçirilməsi haqqında qərar qəbul edilib.

08.12.2018

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×