Çağrı Mərkəzi: 960
​Əqli Mülkiyyət Agentliyi biznes sektorunun nümayəndələri üçün təlimlər keçirəcək

​Əqli Mülkiyyət Agentliyi biznes sektorunun nümayəndələri üçün təlimlər keçirəcək

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalovu qəbul edib.

Qonağı salamlayan K.İmanov dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə əqli mülkiyyət sahəsində ölkəmizdə aparılan geniş islahatlar barədə danışaraq sahibkarları təmsil edən qurumun biznes sektorunda da əqli mülkiyyət mədəniyyəti səviyyəsinin artırılması sahəsində Agentliklə əməkdaşlıq etmək səylərini yüksək qiymətləndirib. Agentliyin sədri ölkəmizdə elm sahəsində böyük potensialların olduğunu, dövlət tərəfindən sahibkarlara geniş imkanların yaradıldığını qeyd edərək Davos Dünya İqtisadi Forumunun Rəqabətqabiliyyətlilik İndeksinə görə “Əqli mülkiyyət hüquqlarının qorunması” göstəricisi üzrə Azərbaycannın bir sıra inkişaf etmiş ölkələri qabaqlayaraq 36-cı yerdə qərarlaşdığını vurğulayıb, lakin inovasiyalar sahəsində 71-ci yeri tutduğunu, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin, bazarda fəal olan aktorların innovasiya və yeniliklərə meyilliklərinin aşağı olmasını diqqətə çatdırıb.

Qəbul üçün təşəkkür edən V.Zeynalov ölkəmizdə müasir biznes ənənələrinin hələ yeni olduğunu bildirib. Konfedersiyanın 2016-cı ildən sahibkarlıq, müəssisələrdə idaəetmə prosesləri və innovasiyalar sahəsində elmi araşdırma aparan gənc alimlərlə əməkdaşlığa başlanıldığını və onların elmi nəticələrinin kommersialaşdırılmasının nəzərdə tutulduğunu qeyd edən qonaq innovasiyaları ixrac edən ölkələrin hazırda ən çox gəlir qazanan, dayanaqlı iqtisadiyyata malik inkişaf etmiş ölkələr olduğunu vurğulayıb. V.Zeynalov sahibkarlar üçün əqli mülkiyyət sahəsində maarifləndirmə işinin yüksəldilməsi üçün Agentliklə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin və bu sahədə Agentliyin dəstəyinə ehtiyaclarının olduğunu, bununla əlaqədar təlimlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Əqli yaradıcılıq fəaliyyətinin nəticələrinin, patentlərin bazarda tətbiqi probleminə toxunan K.İmanov biznes dairələrinin innovasiyalara marağının artırılmasının, yeni startapların yaradılmasına dəstək verilməsinin Agentliyin qarşısında duran əsas vəzifələrdən biri olduğunu vurğulayaraq, sahibkarların Agentliyin elmi-texniki bazasından istifadə etməsinə şərait yaradılmasına, onlar üçün təlimlərin keçirilməsinə hazır olduğunu bildirib.

Görüşün sonunda Agentlik tərəfindən sahibkarlar və biznes sektorunun nümayəndələri üçün əqli mülkiyyət sahəsində təlimlərin keçirilməsi barədə razılıq ifadə olunub.

14.02.2019

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×