Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbirlər keçirilib

Əqli Mülkiyyət Agentliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbirlər keçirilib

Əqli Mülkiyyət Agentliyinin Aparatında, o cümlədən Agentliyin tabeliyində olan qurumlarda – Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi və Respublika Elmi-Texniki Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbirlər keçirilmişdir.

Toplantılarda adını bəşər tarixinə əbədi həkk etmiş, yaddaşlarımızda müdrikliyin əbədi simvoluna çevrilmiş Heydər Əliyevə bütün azərbaycanlıların, türk dünyasının şanlı tarixi, qürur mənbəyi kimi baxıldığı, məhz onun müdrikliyi, titanik səyləri nəticəsində xalqımızın adının dünya xalqları sırasında öz layiqli yerini tutduğu, Azərbaycan dövlətçiliyinin möhkəmləndiyi və dönməz olduğu qeyd edilmişdir.

Çıxış edənlər məhz Ulu Öndərin uzaqgörənliyi sayəsində Azərbaycan tarixinin yeni parlaq inkişaf mərhələsi – neft strategiyasının həyata keçirilməsi erasının başlandığını, Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf strategiyasının bütövlükdə ölkəmizin bütün sahələrini əhatə etdiyini və bu gün Azərbaycanın bölgənin ən inkişaf edən ölkəsinə çevirdiyini bildirmiş, dünyanın görkəmli dövlət xadimlərinin və siyasətçilərinin Heydər Əliyevin böyüklüyünü etiraf edən yüksək fikirlərini misal gətirmişlər. Vurğulanmışdır ki, əqli mülkiyyət sahəsində əldə edilmiş nailiyyətlərin əsası hələ 90-cı illərin ortalarında qoyulmuş, həmin illərdə çox mürəkkəb və çətin vəziyyətə, eyni zamanda əqli mülkiyyət sahəsinin dövlətçiliyimiz üçün yeni bir sahə olmasına baxmayaraq, Ulu Öndər bu sahənin inkişafına xüsusi diqqət yetirmişdir.

Tədbirlərdə son illər Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan struktur və iqtisadi islahatlar çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində əqli mülkiyyət sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklərin baş verdiyi qeyd olunmuş, bu sahədə qanunvericilik və normativ hüquqi bazanın təkmilləşdirilməsi, əqli mülkiyyət hüquqlarının təminatı, əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması, əqli mülkiyyətin kommersiyalaşması və texnologiyaların transferi və digər istiqamətlərdə həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilmişdir.

Tədbirlər çərçivəsində Agentliyin Aparatının və tabeliyindəki qurumların bir neçə əməkdaşları qurucusu Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilmişlər.

10.05.2019

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×