Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin əməkdaşı Moskvada informasiya texnologiyaları üzrə kursda iştirak edir

Əqli Mülkiyyət Agentliyinin əməkdaşı Moskvada informasiya texnologiyaları üzrə kursda iştirak edir

26-30 noyabr tarixlərində Moskva şəhərində Avrasiya Patent Təşkilatının üzv-dövlətlərinin milli qurumlarının informasiya texnologiyaları sahəsində çalışan mütəxəssisləri üçün “Windows PowerShell ilə idarəetmənin avtomatlaşdırılması” mövzusunda ixtisasartırma kursu keçirilir.

Tədbirdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İnformasiya texnologiyaları və dərc şöbəsinin müdiri Elnur Müslümov da iştirak edir.

Rusiyanın Əlavə peşə təhsili qeyri-kommersiya "Softline Education" təşkilatının Tədris Mərkəzində təşkil edilən kursda Windows Server-in idarəçiliyinin avtomatlaşdırılmasındaWindows PowerShell komponentinin imkanlarının tətbiqinin fundamental bilikləri, serverlərdə müəyyən məsələlərin yerinə yetirilməsi üçün komandaların yaradılması təcrübəsi, konveyer işləmələri zamanı verilənlərin ötürülməsi, skriptlərin yazılması, şəbəkələrdə kompüterlərin idarəolunması və s. məsələlər haqqında məruzələr edilir, praktiki laboratoriya məşğələləri aparılır.

28.11.2018

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×