Çağrı Mərkəzi: 960
​Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında Xocalı soyqırımının qurbanları anılıb

​Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında Xocalı soyqırımının qurbanları anılıb

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında Xocalı soyqırımı ilə əlaqədar tədbir keçirilib. Toplantını giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov xalqımıza qarşı törədilən ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümünün yüksək səviyyədə keçirildiyini qeyd edərək faciənin qurbanlarının xalqımız tərəfindən daim ehtiramla yad olunacaqlarını bildirib.

Tədbirdə qonaq qismində iştirak edən kinorejissor, əməkdar incəsənət xadimi Elxan Cəfərov hələ Sovetlər Birliyi dövründə iki xalqın nümayəndələrinin birgə yaşayış həyatı sürdüklərini xatırladaraq bir-birinə güllə atmayan, müharibənin nə olduğunu bilməyən insanların birdən birə silahlı toqquşmaların meydanında olmasını vurğulayıb. O, ikinci dünya müharibəsi dövründə xalqımızın nümayəndələri tərəfindən göstərilmiş qəhrəmanlıq nümunələrini qeyd edib və bu hadisələrin yaddaşlarda həkk olunduğunu diqətə çatdırıb. Artıq öz həyatımızda belə faciəvi hadisələrin şahidi olduqda bunun qəbul olunmasının çox dəhşətli olduğunu vurğulayan E.Cəfərov bu faciələrin heç də kədərli qəbul edilməməsini, bu hadisənin xalqımızın qəhrəmanlıq səhifələri olduğunu bildirib. Kinorejissor “Dolu” filminin yaradılmasından, çəkiliş meydanında baş vermiş hadisələrdən tədbir iştirakçılarına danışdı.

Tədbirdə çıxış edən kitabxananın direktoru Azadə Orucova və digərləri həmin dəhşətli gecədə baş verən hadisələri xatırladıb, Xocalı faciəsində və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı şəhid olmuş xalqımızın qəhrəman övladlarını, o cümlədən kollektiv üzvlərinin qohumları olmuş şəhidləri böyük ehtiramla anıblar.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib. Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb.

26.02.2019

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×