Qaynar xətt: 960
Rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüquqlarının qorunması sahəsində ictimaiməlumatlandırılmanın artırılması məsələləri müzakirə olunub

Rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüquqlarının qorunması sahəsində ictimaiməlumatlandırılmanın artırılması məsələləri müzakirə olunub

2021-ci il 15-19 fevral tarixlərində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin benefisiarı olduğu və Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüquqlarının idarə olunması və qorunması məqsədilə Əqli Mülkiyyət Agentliyinin institusional potensialının gücləndirilməsi” adlı tvinninq layihəsi çərçivəsində növbəti ekspert məsləhətləşmələri keçirilib.

Onlayn videokonfrans formatında keçirilən tədbirdə layihənin “Təlimlər və ictimai məlumatlandırılma” adlı 4-cü komponenti üzrə fikir mübadiləsi aparılıb. Aİ tərəfindən həmin komponentin rəhbəri Dimiter Qançev Azərbaycanda rəqəmli şəbəkələrdə müəllif hüquqları sahəsində ictimai məlumatlandırılmanın artırılması məqsədilə Aİ ekspertləri tərəfindən hazırlanan materiallar haqqında ətraflı məlumat verib.

Yunanıstan və Fransanı təmsil edən ekspertlər geniş ictimaiyyət, xüsusilə də gənclər üçün çap və audiovizual nəşrlərdə müəlliflik hüququ sahəsi üzrə ilkin biliklərin daxil edilməsi barədə fikirləri, eyni zamanda bu sahədə öz ölkələrinin təcrübəsi ilə bölüşüblər.

Azərbaycan tərəfindən layihə rəhbəri, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev, layihənin 4-cü komponent üzrə rəhbəri, Agentliyin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdir müavini Elnur Məmmədli və digərləri təqdim edilən məlumatlarla əlaqədar diqqəti dəqiqləşdirilməsi zəruri olan məqamlara yönəltmişlər, ümumilikdə müəllif hüquqlarının təminatı baxımından məlumatlandırılmanın artırılmasını, o cümlədən əqli mülkiyyət mədəniyyətinin formalaşması üçün olduqca əhəmiyyətli amili kimi dəyərləndirmişlər.


Sənədlərin ONLAYN qəbulu PƏNAHstartup51startup1TvinninqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×