Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində proqram təminatı məhsullarının qorunması məsələləri müzakirə olunub

Əqli Mülkiyyət Agentliyində proqram təminatı məhsullarının qorunması məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ABŞ-ın “Oracle Corporation” şirkətinin əməkdaşları - Mərkəzi Asiya və Qafqaz regionu üzrə satış direktoru Dmitriy Smirnov və texnologiya satışı üzrə nümayəndəsi Dilşod Maxsudxanovu qəbul edib.

Qonaqları salamlayan K.İmanov ölkəmizdə əqli mülkiyyət sahəsinin inkişafına yönəlmiş institusional islahatlar haqqında məlumat verib. O, əqli mülkiyyət məsələlərinin Azərbaycan-ABŞ Hökümətlərarası Komissiyasının bu il Bakıda keçirilmiş 4-cü iclasının gündəliyində də yer aldığını və geniş müzakirələr aparıldığını bildirib.

Qəbul üçün təşəkkürünü bildirən D.Smirnov Oracle şirkətinin proqram təminatı üzrə məhsullarından bir sıra hallarda ölkəmizdə lisenziyasız istifadə olunmasından narahatlığını ifadə edib.

Agentliyin rəhbəri əqli mülkiyyətə hörmətin aşılanması sahəsində mütəmadi tədbirlərin görüldüyünü, geniş ictimai maarifləndirmə işinin təşkil olunduğunu nəzərə çatdırıb. O, proqram təminatı sahəsində hüquqpozmalar barəsində Agentliyə müraciətin vacib olduğunu və bu məlumatlar dəqiqləşdirildikdən sonra müvafiq tədbirlərin görüləcəyini bildirib.


Sənədlərin ONLAYN qəbulu PƏNAH xidmətiSənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan APELLYASİYA ŞURASITransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərMəktub YazRekvizitlərZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzApellyasiya şurasına müraciəthttps://azranking.az/'Əqli mülkiyyət' jurnalıWIPOhttps://www.epo.org/index.htmlEAPOFİPS jurnalı
Search×