Çağrı Mərkəzi: 960
Rusiya Federasiyasının jurnalında məqalə yazmaq imkanı yaradılıb

Rusiya Federasiyasının jurnalında məqalə yazmaq imkanı yaradılıb

Avrasiya Patent İdarəsi ilə Ümumrusiya İxtiraçılar və Novatorlar Cəmiyyəti arasında postsovet məkanında texniki yaradıcılıq və sənaye mülkiyyəti məsələləri sahəsində ən tanınmış nəşrlərdən olan “İxtiraçı və novator” (“Изобретатель и рационализатор”) jurnalında “Ümumi Avrasiya patent və ixtiraçılıq məkanı” başlığı altında müntəzəm rubrikanın açılması barədə razılıq əldə edilib.

Belə bir rubrikanın yaradılması Avrasiya regionunda ixtiraçılar və yaradıcı şəxslər arasında əlaqələrin gücləndirilməsinə kömək edəcəkdir. Avrasiya Patent Təşkilatının üzv-ölkələrindən elm-texnika və patent hüququ sahəsində məlumatların bu rubrikada dərc olunması jurnalın oxucuları, ixtira müəllifləri, patent müvəkkilləri və əqli mülkiyyət idarələrinin əməkdaşları üçün faydalı olacaq.

Rubrika üçün məqalə yazmaq istəyənlər “Изобретатель и рационализатор” jurnalının redaksiyası ilə əlaqə saxlaya bilərlər.


Sənədlərin ONLAYN qəbulu PƏNAH xidmətiSənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan APELLYASİYA ŞURASITransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərMəktub YazRekvizitlərZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzApellyasiya şurasına müraciəthttps://azranking.az/'Əqli mülkiyyət' jurnalıWIPOhttps://www.epo.org/index.htmlEAPOFİPS jurnalı
Search×