Çağrı Mərkəzi: 960
Avrasiya Əczaçılıq Reyestri

Avrasiya Əczaçılıq Reyestri

Avrasiya Əczaçılıq Reyestri 2021-ci il 1 mart tarixindən fəaliyyətə başlayıb.

Avrasiya Əczaçılıq Reyestrinin aparılmasında məqsəd Avrasiya məkanında farmakoloji fəal maddələrlə bağlı qorunan ixtiralar, onların hazırlanma üsulları və tibbi istifadəsi üzrə müstəsna hüquqların mövcudluğu barədə maraqlı tərəfləri məlumatlandırmaqdır.

Avrasiya Əczaçılıq Reyestrinin əsas üstünlüyü Avrasiya Patent Təşkilatının (APT) 8 üzv-dövlətlərinin ərazisində qüvvədə olan Avrasiya patentləri və Avrasiya Patent Konvensiyasının razılığa gələn dövlətlərin milli patentləri, o cümlədən bu dövlətlərdə qeydiyyatdan keçmiş dərman vasitələri və lisenziya müqavilələri haqqında məlumatların daxil olmasıdır.

Reyestrin fəaliyyəti APT-nın İnzibati Şurası tərəfindən təsdiq edilmiş Avrasiya Əczaçılıq Reyestrinin Əsasnaməsi ilə tənzimlənir.

İstənilən şəxs Avrasiya Patent İdarəsi (APİ) tərəfindən müəyyən edilmiş tarifi ödəmək şərti ilə Avrasiya Əczaçılıq Reyestrindən çıxarış əldə etmək imkanına malik olacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası 1995-ci ildən APT-nın üzvüdür. Ölkəmizin vətəndaşları da bu reyestrin imkanlarından istifadə edə bilər.

Avrasiya Əczaçılıq Reyestri haqqında ətraflı məlumat APT-nın internet səhifəsində yerləşdirilib.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×