Çağrı Mərkəzi: 960
Avrasiya Patent İdarəsinin prezidenti Azərbaycana səfərə gəlir

Avrasiya Patent İdarəsinin prezidenti Azərbaycana səfərə gəlir

Cari ilin 14-16 noyabr tarixlərində Avrasiya Patent Təşkilatının (APT) icraçı orqanı olan Avrasiya Patent İdarəsinin prezidenti Qriqoriy İvliyevin ölkəmizə rəsmi səfəri nəzərdə tutulur.

Səfərin əsas məqsədi əqli mülkiyyət sahəsində Azərbaycan ilə APT arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi, ölkəmizdə qeyd edilən sahə üzrə görülən işlərlə yerində tanışlıq, xüsusən Azərbaycan Respublikası Prezidentinin uğurla həyata keçirdiyi institusional islahatlar çərçivəsində yaradılan Əqli Mülkiyyət Agentliyinin iş təcrübəsinin öyrənilməsidir.

Səfər çərçivəsində Q.İvliyevin yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulur. Həmçinin qonağın “Azərbaycan və Avrasiya Patent Təşkilatı arasında əməkdaşılğın prioritet istiqamətləri” mövzusunda dəyirmi masada iştirakı planlaşdırılır.

Qeyd edək ki, APT 1994-cü ildə Avrasiya patent sisteminin fəaliyyəti və Avrasiya patentlərinin verilməsinə dair inzibati vəzifələrin yerinə yetirilməsi məqsədilə təsis olunub. Hazırda bu beynəlxalq təşkilata 8 dövlət (Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Tacikistan və Türkmənistan) daxildir. Azərbaycan Respublikası 1995-ci ildən APT-nın tam hüquqlu üzvüdür.


Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×