Çağrı Mərkəzi: 960
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovun Avrasiya Patent İdarəsinin prezidenti Qriqoriy İvliyev ilə görüşü olub

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovun Avrasiya Patent İdarəsinin prezidenti Qriqoriy İvliyev ilə görüşü olub

Noyabrın 15-də iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Avrasiya Patent Təşkilatının (APT) icraçı orqanı olan Avrasiya Patent İdarəsinin (APİ) prezidenti Qriqoriy İvliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

M.Cabbarov əqli mülkiyyətin iqtisadiyyatın inkişafında roluna toxunaraq, iqtisadiyyatda əqli mülkiyyətin payının müəyyən edilməsi, xüsusilə də kreativ sənayenin həcminin müəyyən edilməsi sahəsində Əqli Mülkiyyət Agentliyinin və İqtisadiyyat Nazirliyinin tabeliyində olan İqtisadi Elmi Tədqiqat İnstitutunun mütəxəssislərinin birgə iştirakı ilə araşdırmaların aparıldığını bildirib.

Görüşdə APT və Azərbaycanın müvafiq qurumları arasında əlaqələrin daha da gücləndirilməsi, ölkəmizdə iddia ərizələrinə 3D modellərin əlavə edilməsi, APT-nın Əczaçılıq reyestrinin yaradılması ilə bağlı məsələlər müzakirə olunub. Patentlərin tətbiqi və texnologiyaların kommersiyalaşdırılmasının yeni iş yerlərinin yaradılmasındakı rolu qeyd olunub və bu sahəyə diqqətin artırılmasının zəruriliyi vurğulanıb.



Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×