Çağrı Mərkəzi: 960
“İxtiranın qeydiyyatı və patentləşdirilməsi prosedurları” mövzusunda təlim keçirilib

“İxtiranın qeydiyyatı və patentləşdirilməsi prosedurları” mövzusunda təlim keçirilib

Əqli Mülkiyyət Agentliyi tərəfindən elan olunan “Əqli Mülkiyyət Aylığı” çərçivəsində “İxtiranın qeydiyyatı və patentləşdirilməsi prosedurları” mövzusunda növbəti təlim keçirilib.

Tədbirdə Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertiza Mərkəzinin İkin ekspertiza, axtarış və sənaye nümunələri üzrə iş sektorunun müdiri Afət Qasımovanın “Patent hüququ Müqaviləsinin (PLT) tələbləri nəzərə alınmaqla ixtiranın (faydalı model və sənaye nümunəsinin) qeydiyyatı və patentləşdirilməsi prosedurları” mövzusunda təqdimatı dinlənilib.

A.Qasımova patentləşdirmə sahəsində tətbiq edilən milli qanunvericilik aktları və ölkəmizin patent sahəsində üzv olduğu beynəlxalq konvensiyalar, müqavilələr və sazişlər, ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı və patentləşdirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan ümumi prosedurlar barəsində məlumat verib. Qeyd edib ki,növbəti addım kimi Azərbaycanın PLT-yə qoşulması ilə bağlı işlərə başlanılıb, o cümlədən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) mütəxəssislərinin dəstəyi ilə “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi məqsədilə təkliflər hazırlanmışdır. Təkliflər “Patent hüququ Müqaviləsi”ndə olduğu kimi ixtiraya patent alınması üçün iddia sənədinin verilməsi və qeydiyyatı ilə bağlı prosedurların asanlaşdırılması, iddiaçıların və patent idarəsinin məsrəflərinin azaldılması, xidmətlərin göstərilməsində bürokratik əngəllərin aradan qaldırılması və ekspertizanın tezləşdirilməsinə aid məsələləri də əhatə edir.

Kimya sektorunun müdiri Natəvan Talışovanın “İddia sənədinin mahiyyətcə ekspertizası” adlı məruzəsində patent anlayışı, patent sahibinin müstəsna hüquqları, patent almağın üstünlükləri, mahiyyətcə ekspertizanın aparılması və patent alınması üçün müəyyən olunmuş müddətlər (PLT ilə müqayisəli şəkildə) açıqlanıb. Məruzəçi ixtiranın vəhdətlik tələbi, kimyəvi maddələrə, kompozisiyalara və ya üsullara dair ixtiranın düsturunun tərtibatı ilə bağlı tələblər, Markuş formulu və məlum maddənin yeni təyinatla tətbiqi barəsində danışıb.

Məruzələrdə “Patent haqqında” Azərbaycan Respublikasının Qanunu, Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası, əqli mülkiyyət üzrə tanınmış mütəxəssislərdən O.V.Çerkasovanın “Əqli mülkiyyətin mühafizəsi”, İ.A.Bliznesin “Əqli mülkiyyət hüququ” kitabları, həmçinin Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun “Patent hüququ müqaviləsi”nə dair beynəlxalq seminardakı “Patent qanunvericiliyinin təkmilləşdirilməsi və qarşımızda duran vəzifələr” mövzusunda çıxışında və geniş prezentasiyasında qeyd edilən milli patent qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən və planlaşdırılan tədbirlərə toxunulub.

Maraqlananlar K.İmanovun çıxışının və prezentasiyasının daxil edildiyi kitabı Agentlikdən pulsuz əldə edə və Agentliyin www.copat.gov.az saytında tanış ola bilərlər.

Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

İki gün davam edən təlimdə Agentliyin struktur bölmələrinin, tabeliyində olan qurumlarının əməkdaşları və elmi-tədqiqat institutlarının nümayəndələri iştirak ediblər.

Xatırladırıq ki, Əqli Mülkiyyət Agentliyi tərəfindən aprel ayı “Əqli Mülkiyyət Aylığı” elan edilib.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×