Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Əqli Mülkiyyət Agentliyi tərəfindən elan olunan “Əqli Mülkiyyət Aylığı” çərçivəsində “Rəqəmsal dövrdə əqli mülkiyyət” mövzusunda seminar keçirilib. Tədbirin əsas məqsədi ölkəmizdə gənclərin ixtiraçılıq fəaliyyətinə dəstək verilməsi idi.

Seminarı giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov görüş iştirakçılarını salamlayıb, 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Gününün əhəmiyyətindən danışıb. O, gəncliyi gələcəyimiz, əqli mülkiyyəti isə gələcəyin drayveri, aparıcı qüvvəsi adlandıraraq müasir gəncliyin kreativliyinin, yeniçiliyinin və əqli fəaliyyət nəticələrinin xalqımızın yeni zirvələrə yol açmasında, onun dövlətlər arasında layiqli yerini tutmasında əsas zəmanət olduğunu bildirib. Agentliyin rəhbəri bugünkü intellektual ənənələrimizin keçmişimizin tərəqqisi adlandıraraq gənclərin bugünkü nailiyyətlərininin gələcəyin ənənəsinə çevriləcəyini vurğulayıb.

K.İmranov dövlət başçısı, cənab İlham Əliyevin “Yeni dövrün yeni hədəfləri olmalıdır. Bu yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi...” fikrini qeyd edərək bu yeni dövrdə gənclərin soz sahibi olduğunu diqqətə çatdırıb.

Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov belə bir tədbirin keçirilməsinə görə Agentliyə təşəkkürünü bildirib. O, hələ 1996-cı ilə K.İmanovun rəhbərliyi altında “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunun qəbul olunduğuna toxunaraq Agentliyin bu sahəhə fəaliyyəti barəsində xatirələrini bölüşüb, Agentlik tərəfindən ixtiraçılıq fəaliyyətinə dəstək verilməsini yüksək dəyərləndirib.

Seminara moderatoqluq edən Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov ölkəmizdə yaradıcılığın stimullaşdırılması, xüsisilə də gənclər arasında ixtiraçılıq fəaliyyətinin təşviq edilməsinin əhəmiyyətindən danışıb, bu sahədə Agentliyin tabeliyində olan Texnologiyalarin Kommersiyalaşdirilmasi və Transferi Mərkəzinin fəaliyyətini vurğulayıb.

Tədbirdə çıxış edən Agentliyin İdarə Heyətinin sədrinin müşaviri Gülnarə Rüstəmova, Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru AnarHüseynov, Mərkəzin İxtira, faydalı model və sənaye nümunəsinin ekspertizası şöbəsinin müdiri Sevinc Zeynalova ixtiraçılıq fəaliyyətinin dəstəklənməsi, ixtiraların ekspertizası və patentləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Sonra seminarda iştirak edən gənc ixtiraçılar təqdimatlar ediblər. İvan Kanevskyi və Nihat Abdullayev “Smart oyuncaqda süni intellektin tətbiqi ilə interaktiv təhsilin təmin edilməsi üçün üsul və qurğu”, Ləman Əliyeva və Nihat Abdullayev “Süni intellektlə ətraf mühiti avtomatik təsvir edən ağıllı eynəklərin yeni modeli”, Qabil Hüseynli, Fərid Şixiyev və Rüfət Şixiyev “Tibbi nəqliyyatın avtomatlaşdırılmış idarəetmə sistemi”, Şahin Xəlilov “Avtomatlaşdırılmış suvarma idarəetmə sistemi”, Zamiq Şükürov “Görmə əngəlli insanların hərəkət etməsi üçün yardımçı qurğu”,Çingiz Qurbanlı “Kontaktsız yüksək gərginlikli elektron açar” adlı ixtiraları barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, gənclər tərəfindən nümayiş olunan ixtiraların patentləşdirilməsi məqsədilə iddia sənədləri Agentliyə təqdim olunub.





Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×