Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində 20 Yanvar faciəsinin ildönümü yad edilib

Əqli Mülkiyyət Agentliyində 20 Yanvar faciəsinin ildönümü yad edilib

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 34 il ötür. 20 Yanvar faciəsi xalqımızın öz müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizə tarixinin şərəfli səhifəsidir.

2024-cü il 18 yanvar tarixində faciənin ildönümü ilə əlaqədar Əqli Mülkiyyət Agentliyinin Aparatının və tabeliyindəki qurumların əməkdaşlarının iştirakı ilə anım tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə faciəvi hadisələrin şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxış edən Agentliyin İdarə Heyətinin üzvü Sənan Tapdıqov faciə ərəfəsində ölkədə baş verən hadisələr haqqında məlumat verib. O, 20 Yanvar faciəsinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edərək bu qanlı hadisəni xalqımızın milli şüuruna qarşı cinayət adlandırıb.

S.Tapdıqov faciənin törədildiyi günün ertəsi, 1990-cı il yanvarın 21-də Ümummilli lider Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək bəyanatla çıxış etməsini, qanlı hadisəni kəskin pisləməsini, faciəni törədənləri ittiham etməsini xüsusi xatırladıb. O, H.Əliyevin təşəbbüsü əsasında Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildiyini və qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi qiymət verildiyini vurğulayaraq tariximizin qürurlu günü kimi 20 Yanvar faciəsinin heç zaman unudulmayacağını bildirib.

Agentliyin Aparatının rəhbəri Xudayət Həsənli 20 yanvar tarixində Şəhidlər Xiyabanının ziyarət edilməsi ilə bağlı görülən hazırlıq işləri barədə məlumat verib.




Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×