Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində dövlət qulluqçularının etik davranış qaydalarına həsr olunan tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyində dövlət qulluqçularının etik davranış qaydalarına həsr olunan tədbir keçirilib

2023-cü il 22 dekabr tarixində Əqli Mülkiyyət Agentliyində “Etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə, əmək və icra intizamı ilə bağlı məsələlər” mövzusunda təlim keçirilib.

Tədbiri giriş sözü ilə Agentliyin Aparatının rəhbəri Xudayət Həsənli açıb.

X.Həsənli Agentlikdə çalışan əməkdaşların xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı etik davranış qaydalarına riayət etməsi, subordinasiyanın gözlənilməsi məsələlərinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, gündəlikdə duran əmək və icra intizamı məsələlərinə də toxunaraq hər kəsin iclasda fəal olmasını və öz fikirlərini bildirməsini tövsiyə edib.

Sonra Agentliyin Aparatının Müəllif–hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin müdirinin müavini, etik davranış qaydaları üzrə məsul şəxs (etik müvəkkil) Əfsanə Mirzəzadənin “Əqli Mülkiyyət Agentliyinin etik davranış qaydaları haqqında 2023-cü il üzrə hesabatı” dinlənilib. Hesabatda cari ildə Agentliyin bəzi əməkdaşları arasında yol verilmiş etik davranış qaydalarının pozulması hallarına bir daha yol verilməməsi ilə əlaqədar rəhbərlik tərəfindən həyata keçirilən tədbirlər öz əksini tapıb.

Agentliyin Daxili nəzarət sektorunun baş məsləhətçisi Pərvanə Mirzəzadə icra intizamı və işə davamiyyət barədə danışıb. O, qeyd edib ki, Agentliyin İdarə Heyətinin sədrinin müvafiq əmri ilə Daxili nəzarət sektorunun fəaliyyətə başladığı müddət ərzində rəhbərlik tərəfindən bu məsələlərə nəzarətn gücləndirilib. Nəticədə Agentlikdə və onun tabeliyindəki qurumlarda işə gecikmə və işdən tez getmə halları azalıb. Lakin bəzi əməkdaşlar, o cümlədən Agentliyin tabeliyindəki qurumların əməkdaşları arasında işə gecikmə halları müşahidə olunur.

Təlimdə Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin böyük məsləhətçisi Əkbər Əliyevin “Korrupsiyaya qarşı mübarizə” mövzusunda təqdimatı olub. Təqdimatda “korrupsiya” anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiyanın qarşısının alınması və korrupsiya ilə əlaqədar hüquqpozmalara görə vəzifəli şəxslərin məsuliyyəti haqqında qanunvericiliyin tələbləri izah edilib.

Müzakirə olunan məsələlərə dair Agentliyin Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin müdiri Nadirə Bədəlbəyli, Dövlət qulluğu və kadrlarla iş şöbəsinin müdiri Ülviyyə Xasayeva, İnformasiya texnologiyaları şöbəsinin müdir müavini – mətbuat katibi Elnur Məmmədli, Həmkarlar İttifaqı Komitəsinin sədri Sahibə Məhərrəmova öz fikirlərini bildiriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×