Çağrı Mərkəzi: 960
“Əqli Mülkiyyət Aylığı” davam edir

“Əqli Mülkiyyət Aylığı” davam edir

Əqli Mülkiyyət Agentliyi tərəfindən elan olunan “Əqli Mülkiyyət Aylığı” çərçivəsində “Müəlliflik hüququ və əlaqəli hüquqlar” mövzusunda növbəti təlim keçirilib.

Tədbirdə Agentliyin Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin müdiri Nadirə Bədəlbəyli məruzə ilə çıxış edib. O, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 17-24-cü maddələrini şərh edib, əsərlərdən şəxsi məqsədlər üçün istifadə, surətçıxarma, sərbəst istifadənin əlamətləri, istisnaların və məhdudiyyətlərin növləri haqqında danışıb.

Daha sonra məruzəçi tərəfindən elektron kitabxanalar və elektron kitabxanalar sisteminin anlayışı, onların xarakterik xüsusiyyətləri, kitabxana fondlarının toplanması, saxlanması və mühafizəsi, elektron resursun profilinə uyğun informasiya bazasının formalaşdırılması, həmçinin “yaradıcılıq” meyarının məntiqi təhlili və əsərdən qeyri-qanuni istifadə barəsində məlumat verilib. Eyni zamanda, qeyd edilən sahədə Agentlik tərəfindən görülən işlər təlim iştirakçılarının diqqətinə çatdırılıb.

Məruzədə Əqli Mülkiyyət Agentliyində nəşr olunmuş “Elektron kitabxanalar, elektron kitabxana sistemləri və müəllif–hüquq məsələləri” və “Elmi əsər və müəlliflik hüququ: imkanlar və problemlər” adlı kitablarda qeyd olunan məsələlərin ətraflı şərh olunduğu bildirildi.

Maraqlananlar kitabları Agentlikdən pulsuz əldə edə və Agentliyin www.copat.gov.az saytında tanış ola bilər.

Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Təlimdə Agentliyin struktur bölmələrinin, tabeliyində olan qurumlarının əməkdaşları və “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin nümayəndələri iştirak ediblər.

Xatırladırıq ki, Əqli Mülkiyyət Agentliyi tərəfindən aprel ayı “Əqli Mülkiyyət Aylığı”elan edilib.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×