Çağrı Mərkəzi: 960
Avrasiya Patent İdarəsi iddiaçılar üçün Maliyyə Dəstəyi Proqramı həyata keçirir

Avrasiya Patent İdarəsi iddiaçılar üçün  Maliyyə Dəstəyi Proqramı həyata keçirir

Avrasiya Patent İdarəsi Avrasiya Patent Konvensiyasına üzv dövlətlərdən olan iddiaçılar üçün Maliyyə Dəstəyi Proqramı həyata keçirir.

Proqramın məqsədi iddiaçılara rüsumların və patent mütəxəssisinin xidmətlərinin ödənilməsi də daxil olmaqla, Avrasiya patentinin alınması ilə bağlı xərclərin bir hissəsini kompensasiya etməkdən ibarətdir. Bununla da Avrasiya patentləri alınarkən ixtiraçıların, kiçik və orta sahibkarlıq subyektlərinin, universitetlərin və tədqiqat müəssisələrinin üzərinə düşən maliyyə yükü azalacaq. Qənaət edilmiş vəsaitlər isə işləmələrin təkmilləşdirilməsinə, təcrübə nümunəsinin yaradılmasına və ya məhsulun bazara çıxarılması üçün hazırlanmasına yönəldilə bilər.

Proqram öz məhsullarını və texnologiyalarını Avrasiya bazarında tanıtmağı planlaşdıranlar üçün böyük əhəmiyyət kəsb edir. Avrasiya patenti Avrasiya Patent Konvensiyasının üzv ölkələrinin bazarlarına çıxmaq, lisenziya müqavilələri bağlamaq, tərəfdaşlar və investorlar cəlb etmək, eləcə də məhsulları haqsız istifadədən qorumaq üçün etibarlı hüquqi əsas yaradır. Gənc innovasiyalı şirkətlər və müstəqil ixtiraçılar üçün bu cür dəstək işləmənin patentləşdirilməsi və kommersiyalaşdırılması barədə qərar qəbul edilərkən əhəmiyyətli ola bilər.

Proqram haqqında daha ətraflı məlumat AAPT-nin rəsmi veb saytında https://www.eapo.org/programma-finansovoj-podderzhki-zayavitelei/ yerləşdirilib.

Search×