Azərbaycan Avrasiya məkanında patentlərin qeydiyyatı sahəsində ilkə imza atdı

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Avrasiya Patent İdarəsinin dəstəyi ilə Avrasiya iddia sənədlərinin elektron formada verilməsi xidmətini istifadəyə verib. Avrasiya məkanında ilk dəfə ölkəmizdə həyata keçirilən pilot layihəsi nəticəsində bu xidmət Əqli Mülkiyyət Agentliyinin PƏNAH (Patent və Əmtəə Nişanlarına Açıq Hədəf) elektron informasiya sisteminə inteqrasiya olunub və Azərbaycandan olan iddiaçılara ixtira və sənaye nümunələri üçün Avrasiya iddia sənədlərini elektron qaydada və birbaşa olaraq Avrasiya Patent İdarəsinə təqdim etmək imkanı yaradılıb.
Əqli Mülkiyyət Agentliyi tərəfindən yeni funksional xidmətin tətbiqi iddiaçıların müracət etməsini asanlaşdırır, ekspertlərin iş yükünü ciddi şəkildə azaldır və fəaliyyətini sürətləndirir. PƏNAH sisteminə inteqrasiya edilmiş bu xidmət Avrasiya iddia sənədlərinin işlənməsi prosesini daha sürətli və effektiv edir, hüquqi prosedurları sadələşdirir, iddiaçıların müraciətlərini daha tez və dəqiq qiymətləndirməsinə imkan verir, bürokratik əngəlləri aradan qaldıraraq şəffaflığı təmin edir və ixtira fəallığını artırır. Beləliklə, həm iddiaçılar, həm də ekspertlər üçün daha rahat və vaxta qənaət edən bir iş mühiti yaradılır.
Qeyd olunan xidmət hər kəsə istənilən vaxt və istənilən yerdən əlçatan olan, 24/7 rejimində fəaliyyət göstərən milli PƏNAH sisteminə əsaslanır və bu sistem vasitəsilə həyata keçirilir.
PƏNAH sistemində bu yeniliklərin tətbiq olunması Azərbaycanın beynəlxalq patent iddia sənədlərinin təqdim olunması sahəsindəki müasir yanaşmalara və innovasiyalara açıq olunmasını bir daha təsdiq edir.
Bununla əlaqədar Avrasiya Patent Təşkilatının internet saytında məlumat yayılıb.
Электронная подача евразийских заявок реализована в Азербайджане
Важное событие в области цифровизации и построения общего евразийского информационно-патентного пространства региона произошло в Азербайджане: Агентством по интеллектуальной собственности Азербайджанской Республики при содействии Евразийского патентного ведомства в промышленную эксплуатацию запущен сервис электронной подачи евразийских заявок.
Сервис интегрирован в национальную систему электронной подачи PƏNAH и позволяет заявителям из Азербайджана подать в электронном виде евразийские заявки на изобретения и промышленные образцы.
Реализованный проект является пилотным в рамках ЕАПО и уникален тем, что обеспечивает максимально возможный объем ИТ-интеграции: поданная в электронном виде заявка автоматически передается для обработки во внутренние системы ведомства и, после проведения необходимых проверок, автоматически пересылается в ЕАПВ с использованием средств межмашинной интеграции. Созданные универсальные интеграционные модули, размещаемые на стороне национального ведомства и на стороне ЕАПВ в дальнейшем будут применены при масштабировании этого проекта на другие патентные ведомства региона.
Таким образом, заявители получили простой и удобный способ электронного взаимодействия с национальным ведомством по евразийским заявкам, а патентному ведомству новые сервисы позволили повысить уровень автоматизации и эффективности работы.
Электронная подача евразийских заявок реализована в Азербайджане




















