Bakı Ali Neft Məktəbində əqli mülkiyyət sahəsində maarifləndirici təlimlər keçirilib

Ötən ilin noyabr ayında Əqli Mülkiyyət Agentliyinin əməkdaşları tərəfindən Bakı Ali Neft Məktəbində (BANM) əqli mülkiyyət mövzusunda maarifləndirici təlimlər keçirilib.
2025-ci il 11 noyabr - 22 dekabr tarixlərində baş tutan Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə əqli mülkiyyətə aid bir sıra mövzular, o cümlədən beynəlxalq patentləşdirmə və mexanika, kimya sahəsi üzrə ixtiralara dair iddia sənədlərinin tərtibatının xüsusiyyətləri, patentin iddia sənədinin verilməsi, ixtira sənədlərinin Avrasiya Patent Təşkilatına təqdim edilməsi, habelə Agentlikdə yaradılmış “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) sistemi barədə ətraflı məlumat verilib.
Martın 6-da təlimin başa çatması ilə əlaqədar Agentlikdə tədbir keçirilib. Tədbirdə təlimi müvəffəqiyyətlə bitirən BANM-nin əməkdaşlarına sertifikatlar təqdim olunub.
Tədbir iştirakçıları həmçinin Agentliyin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) olublar. Onlara kitabxananın fondlarında saxlanılan elmi ədəbiyyat barədə məlumat verilib.
Sonra BANM-nin əməkdaşları RETK-na üzv yazılıblar.



























