Çağrı Mərkəzi: 960
Patent müvəkkili statusu almaq istəyən şəxslərin attestasiyasının keçirilməsi üçün sənəd qəbulu davam edir

Patent müvəkkili statusu almaq istəyən şəxslərin attestasiyasının keçirilməsi üçün sənəd qəbulu davam edir

Patent müvəkkili statusu almaq istəyən şəxslərin sənəd qəbulu mart ayının 11-i saat 24:00-dək davam edəcək.

Məlum olduğu kimi, patent müvəkkili statusu almaq istəyən şəxslərin attestasiyasının keçirilməsi üçün Əqli Mülkiyyət Agentliyinin Attestasiya Komissiyası tərəfindən fevralın 18-də sənəd qəbulu elan edilmişdir.

Sənəd qəbulu mart ayının11-i saat 24:00-dək davam edəcək.

Müraciət etmək üçün ərizə nümunəsi Əqli Mülkiyyət Agentliyinin copat.gov.az saytının “Patent müvəkkilləri” bölməsində yerləşdirilmişdir. Ərizə Azərbaycan dilində doldurulmalı və tələb olunan sənədlər əlavə olunmaqla pdf fayl formasında Agentliyin info@copat.gov.az e-poçt ünvanına göndərilməlidir.

Attestasiyada iştirak etmək istəyən şəxslər ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq edilmiş surətini, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri haqqında arayışı, sənaye mülkiyyətinin mühafizəsi sahəsində xüsusi kursu bitirməyə dair sənədi (olduğu halda), sənaye mülkiyyətinin mühafizəsi sahəsində ən azı iki il stajın, yaxud hüququn tətbiqi və tədrisi sahəsində ən azı iki il stajın olması barədə arayışı və ya əmək kitabçasının surətini, şəxsiyyət vəsiqəsinin surətini, həmçinin patent müvəkkili kimi attestasiya olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 247 nömrəli Qərarı ilə müəyyən edilmiş 20 manat məbləğində haqqın ödənilməsini təsdiqləyən sənədi və 4x6 ölçüdə 4 ədəd rəngli fotoşəkil təqdim etməlidirlər.

Bildiririk ki, attestasiya iki mərhələdən ibarətdir. Birinci mərhələdə namizədin sənaye mülkiyyəti obyektləri (ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici) və müəlliflik hüququ (kəsişmə hallarında) ilə bağlı Azərbaycan Respublikasının normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının qoşulduğu müvafiq beynəlxalq sazişlər (müqavilələr) üzrə və sənaye mülkiyyəti obyektlərinə hüquqların mühafizəsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənməsinə dair biliklərinin yoxlanılması test üsulu ilə Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq.

Attestasiyanın ikinci mərhələsi Attestasiya Komissiyası tərəfindən müsahibə formasında keçiriləcək.

Bu barədə məlumatlar Agentliyin copat.gov.az saytının “Patent müvəkkilləri” bölməsində yerləşdirilmiş elanda göstərilib.

Namizədlər üçün “Yaddaş Kitabçası”nın elektron versiyasını da Agentliyin copat.gov.az saytının “Patent müvəkkilləri” bölməsindən əldə etmək olar.

Patent müvəkkiliyinə namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalı, Azərbaycanda daimi yaşamalı və Azərbaycan dilini bilməlidir.

Əlavə məlumat almaq istəyənlər 960 - “Çağrı Mərkəzi”nə müraciət edə bilərlər.



Sənədlərin ONLAYN qəbulu PƏNAH xidmətiSənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan APELLYASİYA ŞURASITransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərMəktub YazRekvizitlərZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzApellyasiya şurasına müraciəthttps://azranking.az/'Əqli mülkiyyət' jurnalıWIPOhttps://www.epo.org/index.htmlEAPOFİPS jurnalı
Search×