Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində “Açıq qapı” günü keçirilib

Əqli Mülkiyyət Agentliyində “Açıq qapı” günü keçirilib

Fevralın 25-də Əqli Mülkiyyət Agentliyində “Açıq qapı” günü keçirilib.

Tədbirin əsas məqsədi Əqli Mülkiyyət Agentliyinin PƏNAH sistemi və Avrasiya Patent İdarəsinin “AAPİ-onlayn” elektron sistemi üzərindən Avrasiya iddia sənədlərinin təqdim edilməsi qaydasının izah olunması və kargüzarlıq prosedurları üzrə istifadəçilərin bilik və praktiki bacarıqlarının artırılması idi.

“Açıq qapı” günü Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin əməkdaşları tərəfindən təşkil olunub. Tədbirdə Mərkəzin İlkin ekspertiza və sənaye nümunələrinin ekspertizası şöbəsinin müdiri Afət Qasımova tərəfindən Avrasiya Patent İdarəsinin dəstəyi ilə Avrasiya iddia sənədlərinin elektron sisteminin Əqli Mülkiyyət Agentliyinin PƏNAH (Patent və Əmtəə Nişanlarına Açıq Hədəf) elektron informasiya sisteminə inteqrasiya olunduğu və bununla da Azərbaycandan olan iddiaçılara ixtira və sənaye nümunələri üçün Avrasiya iddia sənədlərini elektron qaydada və birbaşa olaraq Avrasiya Patent İdarəsinə təqdim etmək imkanın yaradılması barədə ümumi məlumat verilib. Daha sonra şöbənin aparıcı məsləhətçi-eksperti Nazilə Cahangirova “PƏNAH sistemi və AAPİ - ONLAYN" Avrasiya elektron sistemi vasitəsilə müraciətin edilməsi və Avrasiya iddia sənədinin düzgün formatda yüklənməsi qaydası” mövzusu və baş məsləhətçi-eksperti Aysel Şahbazova “Sənaye nümunələrinin Avrasiya Patent Konvensiyasına uyğun regional qeydiyyatı” mövzusunda çıxış edərək Avrasiya patentinin alınması üçün müraciət qaydaları, bu istiqamətdə PƏNAH sistemində Avrasiya patentinin alınması üçün ərizənin və iddia sənədini təşkil edən sənədlər toplusunun düzgün tərtib edilməsi və PƏNAH sisteminin yeni funksional xidmətindən istifadə qaydası, həmçinin müraciət zamanı iddiaçılar tərəfindən tez-tez buraxılan səhvlər və onların aradan qaldırılması yolları kimi mühüm məsələlərə toxundu.Çıxışlardan sonra tədbir iştirakçılarını maraqlandıransuallar ətraflı cavablandırıldı.

Tədbirdə Azərbaycan Tibb Universiteti, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, akademikY.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi-Tədqiqat İnstitutu, “LUCKSEM LTD.” hüquq firmasının nümayəndələri və digər iddiaçılar iştirak ediblər.

İştirakçılar “Açıq qapı” gününün çox əhəmiyyətli olduğunu bildirərək, belə tədbirlərin vaxtaşırı keçirilməsini təklif etdilər.

Sənədlərin ONLAYN qəbulu PƏNAH xidmətiSənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan APELLYASİYA ŞURASITransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərMəktub YazRekvizitlərZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzApellyasiya şurasına müraciəthttps://azranking.az/'Əqli mülkiyyət' jurnalıWIPOhttps://www.epo.org/index.htmlEAPOFİPS jurnalı
Search×