Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin anadan olmasının 105 illiyi münasibətilə kitab sərgisi keçirilir

Əqli Mülkiyyət Agentliyində dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin anadan olmasının 105 illiyi münasibətilə kitab sərgisi keçirilir

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin anadan olmasının 105 illiyi münasibətilə kitab sərgisi keçirilir.

Sərginin açılışında kitabxananın direktoru Mübariz Məmmədli çıxış edərək dahi alimin həyat və elm sahəsindəki zəngin irsindən bəhs etmiş, onun dünya elminə verdiyi misilsiz töhfələri sərgi iştirakçılarının diqqətinə çatdırmışdır.

Kitab sərgisində Lütfi Zadənin fundamental elmi işlərinə, elmi məqalələrinə və dünyada tətbiq olunan nəzəriyyələrinə dair əsərlər nümayiş olunmuşdur.

Tədbirin məqsədi gənc tədqiqatçıları elmə cəlb etmək, Lütfi Zadənin təcrübə və nailiyyətlərini gələcək nəsillərə çatdırmaq və onun elmi irsini geniş ictimaiyyətə bir daha tanıtmaqdır.

Sənədlərin ONLAYN qəbulu PƏNAH xidmətiSənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan APELLYASİYA ŞURASITransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərMəktub YazRekvizitlərZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzApellyasiya şurasına müraciəthttps://azranking.az/'Əqli mülkiyyət' jurnalıWIPOhttps://www.epo.org/index.htmlEAPOFİPS jurnalı
Search×