Çağrı Mərkəzi: 960
​Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri beynəlxalq konfransda məruzə edib

​Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri beynəlxalq konfransda məruzə edib

2025-ci il 21-22 aprel tarixlərində Moskva şəhərində Avrasiya Patent Təşkilatı (APT), Rusiyanın Əqi Mülkiyyət üzrə Federal Xidməti (Rospatent), Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin “UNESCO-nun müəlliflik hüququ, əlaqəli, mədəni və informasiya hüquqları üzrə kafedrası” Beynəlxalq Elm-Təhsil Mərkəzi və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının birgə təşkilatçılığı ilə “Əqli mülkiyyətin harmoniyası və ritmləri” mövzusunda “Автор/Author - 2025” V beynəlxalq elmi-praktiki konfransı keçirilir.

Tədbirin açılışında UNESCO kafedrasının direktoru professor Mixail Fedotov, Rospatentin rəhbəri Yuriy Zubov, APT-nın prezidenti Qriqoriy İvliyev, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Rusiya Federasiyasındakı ofisinin rəhbəri Pavel Spitsin və digərləri çıxış ediblər.

Sonra Y.Zubovun moderatorluğu ilə konfransın plenar iclası keçirilib.

Tədbirə onlayn rejimdə qoşulan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov “Əqli mülkiyyətin melodiya, harmoniya və ritmələrinin başında yaradıcılıq durur” mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzədə musiqi əsərinin hüquqi qorunmasının nəzəri aspektləri analiz edilib, müxtəlif yanaşmalar təhlil edilib. Eyni zamanda əqli fəaliyyət nəticələrində yaradıcılığın roluna toxunulub, müəlliflik hüququ və patent hüququnda yaradıcılığın ümumi və fərqli tərəfləri göstərilib. K.İmanov müasir dövrdə musiqi əsərində süni intellektin rolunun kifayət qədər nəzərə çarpdığını qeyd edərək süni intellektin inkişafı və onun yaratdığı müasir hüquqi məsələlər, süni intellektin hüquq subyektliyi və onun tanınmasının problemləri, bu sahədə perspektivdə duran məsələlər barədə fikirlərini bölüşüb.

K.İmanovun məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib və alqışlanıb.

K.İmanovun məruzəsinin tam mətni ilə buradan tanış ola bilərsiniz.

M.Fedotov maraqlı məruzəyə görə K.İmanova təşəkkür edib. O, bildirib ki, süni intellekt və ümumilikdə əqli mülkiyyətin problemləri ilə bağlı dərin bilik və anlayışla dolu bu çıxış, təkcə ona deyil, hər kəsə böyük zövq verdi. Çox istərdim ki, bizim köhnə ideyamızı nəhayət həyata keçirək və bu mövzuda birgə məqalə yazaq. M.Fedotov deyib: “xahiş edirəm bugünki çıxışınızı bizə məqalə kimi göndərin və biz onu“Əqli Mülkiyyət üzrə Əsərlər” jurnalımızda çap etməkdən məmnun olarıq.”



Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×