Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ÜƏMT-nin üzv dövlətlərinin Assambleyalarının 68-ci sessiyasında çıxış edib

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ÜƏMT-nin üzv dövlətlərinin Assambleyalarının 68-ci sessiyasında çıxış edib

2026-cı il 7–15 iyul tarixlərində Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının 68-ci sessiyası keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti onlayn və fiziki formatlarda iştirak edir.

Tədbirin açılışında ÜƏMT-nin Baş direktoru Daren Tanq çıxış edərək COVID-19 pandemiyası dövründən sonra təşkilatın fəaliyyəti barədə məlumat verib. O, müasir dövrdə əqli mülkiyyətin əhəmiyyətinin daha da artdığını vurğulayıb, ÜƏMT-nın beynəlxalq qeydiyyat sistemlərinin müasirləşdirilməsi sahəsində görülən işlərə, ÜƏMT Akademiyası tərəfindən üzv dövlətlərin nümayəndələri üçün müxtəlif təlim proqramlarının keçirilməsinə və digər məsələlərə toxunub.

Assambleyanın iclasında onlayn rejimdə iştirak edən K.İmanov tədbirin ilk günündə ingilis dilində çıxış edib. O, ÜƏMT-nın Baş direktoru cənab Daren Tanqı yenidən bu vəzifəyə seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

K.İmanov çıxışında Azərbaycanda əqli mülkiyyət sahəsinin inkişafının ölkənin sosial-iqtisadi İnkişaf Strategiyası, Rəqəmsal İnkişaf Konsepsiyası və 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasına uyğun olaraq həyata keçirildiyini bildirib. Qeyd olunub ki, əqli mülkiyyətin getdikcə daha çox fənlərarası xarakter alması və innovasiya ekosisteminin inkişafına töhfə verməsi, ölkə Prezidenti tərəfindən həyata keçirilən institusional islahatlar Əqli Mülkiyyət Agentliyini inkişaf prosesinin əsas iştirakçılarından birinə çevirmişdir.

Agentliyin rəhbəri vurğulayıb ki, diqqət mərkəzində əqli fəaliyyət nəticələrinin, süni intellektin və əqli mülkiyyətin fəlsəfəsi dayanır: riyazi əsaslardan fəlsəfi-hüquqi aspektlərə, innovasiya potensialından istifadənin səviyyəsinə və aparıcı ali təhsil müəssisələrində yaratdığımız əqli mülkiyyət kafedraları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən digər fənlərarası tədqiqatlara qədər geniş bir istiqaməti əhatə edir. Bu siyasətin əsasını əqli mülkiyyətin yalnız müstəsna hüquqlar sistemi kimi deyil, həm də həmin hüquqlarla qorunan obyektlər baxımından yenidən dərk edilməsi təşkil edir.

K.İmanov Agentliyin strukturunu və fəaliyyətini seçilmiş 15 əqli mülkiyyət idarəsi sırasında təqdim etdiyinə və bunu “Gələcəyə baxan liderlərin Hesabatı”nda əks etdirdiyinə görə ÜƏMT Katibliyinə təşəkkürünü bildirib. Hazırda Agentlikdə ÜƏMT-nın IPAS sistemi ilə inteqrasiya olunmuş, 24/7 onlayn qeydiyyat imkanına malik, 3D formatını, açıq reyestrləri, mobil platformaları və əlçatanlıq menyusunu özündə birləşdirən PƏNAH rəqəmsal sənaye mülkiyyəti platforması ilə yanaşı, rəqəmsal müəllif hüquqları platforması da uğurla fəaliyyət göstərir.

K.İmanov diqqətə çatdırıb ki, Agentlikdə məsləhətvermə funksiyalarına malik süni intellekt botu yaradılıb, həmçinin patentləşdirmə proseslərinin əsas mərhələlərinin avtomatlaşdırılması üçün Avrasiya Patent Təşkilatı ilə əməkdaşlıq çərçivəsində süni intellekt həlləri hazırlanıbdır.

K.İmanov çıxışının sonunda ÜƏMT çərçivəsində təcrübə mübadiləsinin milli əqli mülkiyyət sistemlərinin inkişafına və rəqəmsal xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə mühüm töhfə verəcəyinə əmin olduğunu vurğulayıb.






Sənədlərin ONLAYN qəbulu PƏNAH xidmətiSənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan APELLYASİYA ŞURASITransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərMəktub YazRekvizitlərZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzApellyasiya şurasına müraciəthttps://azranking.az/'Əqli mülkiyyət' jurnalıWIPOhttps://www.epo.org/index.htmlEAPOFİPS jurnalı
Search×