Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin yeni kitabı dərc olunub

Müasir dövrdə Azərbaycan xalqının maddi-mədəni irsinin qorunması mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə qarşıda duran əsas vəzifələrdən biri əsrlər boyu xalqımız tərəfindən yaradılmış mədəniyyət abidələrinin yalnız fiziki baxımdan qorunub saxlanılması deyil, həm də onların digər xalqlar tərəfindən məqsədyönlü şəkildə mənimsənilməsinin qarşısının alınmasıdır.
Bu günlərdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanovun “Qafqaz Albaniyası sakinlərinin etnotarixinə dair” (“К этноистории насельников Кавказской Албании”) adlı kitabı tamamlanıb.
AZƏRTAC bu kitabın nəşrinə başlayıb. Kitabın birinci hissəsi ilə (16.11.2026) bu linkdən, ikinci hissəsi ilə (18.11.2026) bu linkdən, üçüncü hissəsi ilə (23.11.2026) isə bu linkdən, dördüncü hissəsi ilə (25.11.2026) isə bu linkdən tanış ola bilərsiniz. tanış ola bilərsiniz.





















