Çağrı Mərkəzi: 960
“Əqli mülkiyyət” jurnalının baş redaktoru Ədalət Mədətoğlu vəfat edib

“Əqli mülkiyyət” jurnalının baş redaktoru Ədalət Mədətoğlu vəfat edib

Müasir Azərbaycan mətbuatının tanınmış nümayəndəsi Ədalət Mədət oğlu İsmayılov (Ədalət Mədətoğlu) 2026-cı il avqustun 17-də ömrünün 58-cı ilində vəfat etmişdir.

Ədalət İsmayılov 1968-ci il fevralın 1-də Gürcüstanın Dmanisi şəhərində ziyalı ailəsində doğulmuşdur. O, 1990-1996-cı illərdə A.M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır. Hələ tələbəlik dövründən jurnalistikaya həvəs göstərmiş, “Elm”, “İntibah”, “Əlillər”, “Kaspi”, “New Baku Post”, BBC radiosu və digər mətbuat qurumlarında çalışmışdır. O, bədii yaradıcılıqla da məşğul olmuşdur, bir neçə kitabın müəllifidir.

Ədalət İsmayılov 2019-cu ildən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin “Əqli mülkiyyət” jurnalının baş redaktoru vəzifəsində çalışırdı.

Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Ədalət İsmayılovun (Ədalət Mədətoğlunun) vaxtsız vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi


Sənədlərin ONLAYN qəbulu PƏNAH xidmətiƏqli Mülkiyyət Mübahisələri üzrə APELLYASİYA ŞURASITransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərMəktub YazRekvizitlərZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzApellyasiya şurasına müraciəthttps://azranking.az/'Əqli mülkiyyət' jurnalıWIPOhttps://www.epo.org/index.htmlEAPOFİPS jurnalı
Search×