Çağrı Mərkəzi: 960
Rusiya Federasiyasında ÜƏMT-nın Yay Məktəbi keçiriləcək

Rusiya Federasiyasında ÜƏMT-nın Yay Məktəbi keçiriləcək

Rusiya Federasiyasının Əqli Mülkiyyət üzrə Federal Xidməti (Rospatent), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasıənənəvi olaraq Rusiya Federasiyasında ÜƏMT-nın Yay Məktəbini təşkil edir.

Bu il Yay Məktəbinin iyunun 28-dən iyulun 9-dək hibrid formada keçirilməsi nəzərdə tutulub. 28 iyun - 4 iyul tarixlərində onlayn təlim, 5-9 iyul tarixlərində isə bir sıra iştirakçıların distant qoşulması ilə Rusiyanın Soçi şəhərində əyani sessiya təşkil olunacaq.

Yay Məktəbində ÜƏMT, Rospatent, Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyası və digər təşkilatların nümayəndələrinin mühazirələri nəzərdə tutulub. Tədbir rus dilində keçiriləcək. Təlimi müvəffəqiyyətlə başa vuranlara sertifikat təqdim olunacaq.

Tədbir haqqında ətraflı məlumat Yay Məktəbinin veb səhifəsində (https://www.summerschool.rgiis.ru) yerləşdirilib.

Yay Məktəbində iştirak etmək arzusunda olanlar ÜƏMT-nın veb səhifəsində (https://welc.wipo.int/acc/index.jsf?page=wssCatalog.xhtml&lang=ru&cc=WSSRU_21#plus_WSSRU_21) qeydiyyatdan keçə bilərlər.
Sənədlərin ONLAYN qəbulu PƏNAH xidmətiSənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan APELLYASİYA ŞURASITransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərMəktub YazRekvizitlərZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzApellyasiya şurasına müraciəthttps://azranking.az/'Əqli mülkiyyət' jurnalıWIPOhttps://www.epo.org/index.htmlEAPOFİPS jurnalı
Search×