Türk Dövlətləri Təşkilatına üzv dövlə+tlərinin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşünün iştirakçıları Fəxri Xiyabanda olublar

2026-cı il 12 oktyabr tarixində Bakı şəhərində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərinin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü keçirilir.
Tədbir iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, Heydər Əliyevin abidəsi önünə əklil qoyulub.
Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı akademik Zərifə Əliyevanın, ictimai-siyasi xadimlər Əziz Əliyevin və Tamerlan Əliyevin də xatirəsi ehtiramla yad edilib.
























