Çağrı Mərkəzi: 960
ÜƏMT-nin Baş Direktoru cənab Daren Tanqın Beynəlxalq Əqli Mülkiyyət Günü münasibəti ilə Müraciəti

ÜƏMT-nin Baş Direktoru cənab Daren Tanqın Beynəlxalq Əqli Mülkiyyət Günü münasibəti ilə Müraciəti

İdman yarışlarını hamımız sevərək izləyirik. Sürət, güc, dramatizm, unudulmaz anlar. Lakin qırılan hər bir rekordun və nəfəskəsən hər bir oyunun arxasında əksər azarkeşlərin fərqinə varmadığı mühüm bir məqam dayanır: innovasiya, yaradıcılıq və əqli mülkiyyət.

Daha yüngül idman ayaqqabıları. Daha davamlı raketkalar. Daha etibarlı dəbilqələr. Patentlər bu cür yenilikləri qorumaqla idman texnologiyaları sahəsində tədqiqat işlərini və investisiyaları stimullaşdırır.

Bundan əlavə, idmanın özünəməxsus kimliyi mövcuddur. Komanda loqotipləri, idmançıların adları və təsvirləri. Əmtəə nişanları qlobal idman marketinqinin əsasını təşkil edən və azərkeşlərin ətrafında birləşdirən brendlərin formalaşdırılmasına xidmət edir.

İdmanda dizayn sənaye nümunələri hüquqları ilə qorunur: üzgüçülük geyimlərindən tutmuş idman zallarında istifadə olunan geyimlərə və tennis formalarına qədər.

Oyunlar televiziya yayımı və sosial media vasitəsilə ekranlarımıza çatdıqda isə müəllif hüququ milyardlarla azarkeşi bir-biri ilə əlaqələndirən məzmunu qoruyur.

Bütün sadalananlar nəhəng və sürətlə inkişaf edən bir sənaye olan e-idmana da eyni dərəcədə şamil olunur.

Məhz bu səbəbdən bu il Ümumdünya Əqli Mülkiyyət Günü əqli mülkiyyət və idman mövzusuna həsr olunub. Çünki idman sadəcə rəqabətdən ibarət deyil. Bu, çoxsaylı insan üçün iş yerləri və imkanlar yaradan trilyon dollarlıq bir sənayedir. Lakin bu, eyni zamanda idmanın ayrılmaz tərkib hissəsinə çevrilmiş çoxsaylı əqli mülkiyyət aktivlərinin qorunması, idarə edilməsi və inkişaf etdirilməsi mexanizmlərinin mənimsənilməsini zəruri edir.

Əqli mülkiyyət idmançılara nəticələrini daha da yüksəltməyə kömək edir, azarkeşlərin sevimli komandaları ilə əlaqə qurmasına şərait yaradır və idman şirkətlərinə yeni avadanlıqlara, yeni sistemlərə və yeni ideyalara investisiya yatırmaq üçün əminlik verir. Əqli mülkiyyət sadəcə oyunu dəyişmir o, oyunu formalaşdırır.

Hazır ol, başla, innovasiya et.

Sənədlərin ONLAYN qəbulu PƏNAH xidmətiSənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan APELLYASİYA ŞURASITransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərMəktub YazRekvizitlərZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzApellyasiya şurasına müraciəthttps://azranking.az/'Əqli mülkiyyət' jurnalıWIPOhttps://www.epo.org/index.htmlEAPOFİPS jurnalı
Search×