Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dünya şöhrətli müəllif, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadə 2026-cı il avqustun 1-də ömrünün 96-cı ilində vəfat etmişdir.
Nəriman Həsənzadə istedadlı şair olmaqla yanaşı həm də gözəl insan, etibarlı dost, vətəninə, dövlətinə ürəkdən bağlı bir insan idi. Onunvəfatı Azərbaycan mədəniyyəti və ədəbiyyatı üçün ağır və əvəzolunmaz itkidir.
Nəriman Həsənzadənin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq, həzin, kövrək və sevgi-məhəbbət dolu misralarının işığı heç zaman sönməyəcək.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi bu ağır itkidən kədərləndiyini bildirir və Nəriman Həsənzadənin ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi



















